"İki xalq arasında müharibə istəmirik" - Rusiyalı diplomat
"İki xalq arasında müharibə çıxmasını istəmirik, amma Ukraynanı yönəldən xarici güclər fərqli düşünür".
Redaktor.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini Aleksey Zaitsev deyib.
"NATO öz qüvvələrini Şərqi Avropa ölkələrindən çıxarsa, hərbi gərginlik azalacaq. Biz onları bunu etməyə çağırırıq. Bu, bizim NATO-ya təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərimizin əsas elementidir", - deyə o bildirib.
A.Zaitsev Ukraynadakı münaqişənin alovlandırılmasında NATO ölkələrini günahkar bilib və bu ölkələri Ukraynanın daxili məsələlərinə qarışmamağa çağırıb.
O, ancaq bu yolla, Ukraynadakı tərəflərin dioloq müstəvisində münaqişənin həllinə nail ola biləcəyini vurğulayıb, həmçinin, Ukraynaya hücum niyyətlərinin olmadığını sözlərinə əlavə edib.
Sübhan Şərif












