"Ukraynada münaqişə Çin üçün də yaxşı olmayacaq" - ABŞ-dan XƏBƏRDARLIQ

 17:01 28.01.2022     413

“Biz Pekini Moskva üzərindəki təsirindən istifadə etməyə və diplomatiyanı təşviq etməyə çağırırıq, çünki Ukraynada münaqişə Çin üçün də yaxşı olmayacaq”.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland jurnalistlərə açıqlamasında bildirib.

Əlavə olaraq, o, Rusiyanın Ukraynanı işğal etməsi ehtimalına qarşı Almaniyanın "Şimal Axını-2" layihəsindən çəkiləcəyi istiqamətində rəsmi Vaşinqtonun əminliyini vurğulayıb.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən