Neft bahalaşdı
Londonun “İCE Futures” birjasında keçirilən hərracda “Brent” markalı neftin aprel fyüçersləri bahalaşıb.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, neft 1,62 faiz bahalaşaraq 89,6 ABŞ dollarından satılıb.
Hərrac zamanı “Brent” nefti 90,01 ABŞ dollarına qədər qalxıb.
Sözügedən marka son dəfə 90 dollarlıq həddi 2014-cü ilin oktyabr ayında keçmişdi.












