“NATO Rusiyaya təhlükə törətmir” - Stoltenberq

 20:34 28.01.2022     555

“NATO Rusiya ilə konkret məsələlər üzrə danışıqlar masasına oturmağa və Rusiyanın narahatlıqlarını dinləməyə hazırdır”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib.

O, NATO-nun Rusiya üçün təhlükə törətmədiyini vurğulayıb.

Baş katib Rusiya ilə diplomatik əlaqələrin bərpasının vacib olduğunu, NATO-nun Avropada hərbi konfliktdə maraqlı olmadıqlarını diqqətə çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən