"Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək" - Gürcüstan Prezidenti
"Eks-prezident Mixeil Saakaşvilinin əfvi Gürcüstandakı vəziyyəti yalnız pisləşdirəcək".
Redaktor.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili jurnalistlərlə görüşdə deyib.
"Əminəm ki, Saakaşvilinin əfv edilməsi Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq", - dövlət başçısı qeyd edib.
S.Zurabişvilinin sözlərinə görə, sabiq prezidentin Gürcüstana dönməsi qütbləşməyə aparan addımlardan biri olub: "Mən əlavə qütbləşməyə gətirib çıxaracaq heç nə etməyəcəyəm".












