Pentaqon son qərarını açıqladı: “ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək”
“Amerikalı hərbçilər Ukraynadakı hər hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək”.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin söyləyib.
“Prezident Cozef Bayden hərbi bölmələri Ukraynada əməliyyatlar aparmaq məqsədilə göndərmək niyyətində olmadığını aydın şəkildə bildirib”, - nazir vurğulayıb.












