“Mən diktatoram" - Lukaşenkodan ETİRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə demokratiya ilə bağlı sualı cavablandırarkən zarafatla özünü diktator hesab etdiyini bildirib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, belə bir bəyanatla xalqa müraciəti zamanı çıxış edib.
“Mən diktatoram, demokratiyanı başa düşmək mənim üçün çətindir”, - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, demokratiyanın ümumi qəbul edilmiş standartları mövcud deyil və o, ABŞ-ın bu məsələyə baxışını bölüşmür:
“Demokratiya xalqın hakimiyyətidir. Referendum demokratiyanın bir elementidir. Bunlar insanların hüquqlarıdır. Amma hüquqlar və dərhal vəzifələr ... Və qanun çərçivəsində real azadlıq. Demokratiya həyatdan, xalqdan gəlməlidir” - Lukaşenko deyib.












