ABŞ - da güclü qar nəqliyyatın hərəkətini tam iflic etdi - FOTO/VİDEO
Ötən gündən etibarən ABŞ-ın Nyu-York şəhərinə düşən güclü qar fırtınası şəhərdə həyatı iflic edib.
Redaktor.az "REN Tv"yə istinadən xəbər verir ki, güclü qar avtomobillərin üzərini tam bağlayıb, piyadaların hərəkətini mümkünsüz edib, təyyarə reysləri ləğv edilib.
Qeyd olunur ki, hazırda küləklə müşahidə edilən şaxtalı və qarlı hava Atlantik okeanı sahilləri ilə şimala Yeni İngiltərə ştatlarına doğru irəliləyir.
















