Avstriyada gələn aydan karantin qaydaları yumşaldılır
Avstriya hökuməti fevralda restoranların gecə yarısına qədər işləməsinə icazə verəcək.
Redaktor.az "TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın səhiyyə naziri Volfqanq Mükşteyn bildirib.
Belə ki, fevralın 5-dən iaşə obyektləri saat 22:00 deyil, gecə yarısına kimi açıq olacaq, 50 nəfərin iştirakı ilə tədbirlərin keçirilməsinə icazə veriləcək.
Avstriyada 2021-ci ilin dekabrında ümummilli karantin başa çatsa da, peyvənd olunmayanlar üçün məhdudiyyətlər davam edir.
Fevral ayında ölkədə 18 yaşdan yuxarı bütün sakinlər üçün məcburi peyvənd haqqında qanun qüvvəyə minəcək.












