Türkiyədə polisləri daşıyan mikroavtobus aşdı, 13 yaralı - FOTO

 13:33 30.01.2022     300

Türkiyənin İstanbul şəhərində yolların buz bağlaması və duman səbəbindən polisləri daşıyan mikroavtobus aşıb.

Redaktor.az TRT-yə istinadən xəbər verir ki, nəticədə 13 polis yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım xidməti və xilasedicilər cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 


Vumart və Güvən reklamı Vumart Güvən