İran parlamentinin 30 deputatı koronavirusa yoluxdu

 13:53 30.01.2022     313

İran parlamentinin 30 deputatı koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Əbülfəz Əbuturabi deyib.

Ə.Əbuturabinin sözlərinə görə, bu deputatların testlərinin cavabı son bir-iki gündə pozitiv elan olunub:

“Parlamentin rəyasət heyəti bütün deputatlardan test vermələrini istəyib”, - deyə o qeyd edib.

Qeyd edək ki, İranda indiyədək 132 380 nəfər koronavirusdan ölüb, 6 322 183 nəfər bu virusa yoluxub və 6 098 675 nəfər sağalıb.

Vumart və Güvən reklamı Vumart Güvən