Bu ölkədə insanlar aclıqdan YARPAQ YEYİRLƏR

 22:08 30.01.2022     397

Yəməndə silahlı qarşıdurmalar və iqtisadi böhran səbəbindən aclıq ölkə üzrə yayılmağa başlayıb.

Redaktor.az  xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ümumdünya Ərzaq Proqramı (WFP) barədə məlumat verərkən təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok bildirib.

Onun sözlərinə görə,  ölkənin şimal-qərbindəki Hacce kimi müharibədən ən çox əziyyət çəkən vilayətlərdə vəziyyət daha acınacaqlıdır. Burada insanlar ağac yarpaqları yeyərək sağ qalmağa çalışır.

"Biz insanların yarpaq yediklərini görürük, çünki başqa yemək yoxdur", - deyə Loukok bildirib.

Ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi son bir ayda Yəmən rialının təxminən 30% qiymətdən düşməsi ilə əlaqədardır. Müntəzəm qidalanmaq imkanları olmayan əhalinin sayı yaxın vaxtlarda təxminən bir yarım dəfə arta, 11,5 milyon nəfər ola bilər.

Vumart və Güvən reklamı Vumart Güvən