İranda şir zooparkın əməkdaşını parçaladı
İranın mərkəzi hissəsində yerləşən Ərak şəhərində şir zoopark işçilərindən birinə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Təsnim” agentliyi məlumat yayıb.
38 yaşlı əməkdaş şiri yedizdirməyə gələrkən vəhşi heyvan qəfəsdən çıxıb. Yırtıcının hücumu nəticəsində kişi dünyasını dəyişib.
Müəssisə rəhbərliyi müvafiq tədbirlərin görüldüyünü və heyvanın zooparkı tərk etmədiyini bildirib. Eyni zamanda, rəhbərlik şəhər sakinlərindən zooparkın ərazisinə yaxınlaşmamağı xahiş edib.












