Konqresdə Ukrayna ilə bağlı dinləmələr keçiriləcək

 09:05 31.01.2022     281

ABŞ administrasiyasının nümayəndələri fevralın 3-də konqresmenləri Ukraynadakı vəziyyətlə bağlı məlumatlandıracaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbəyə istinada xəbər yayıb.

Məlumatda göstərilir ki, iclasda dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və digər şəxslər iştirak edəcək. Tədbirdən əvvəl brifinq keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən