ABŞ gözəli intihar etdi
2019-cu ildə “Miss ABŞ” müsabiqəsinin qalibi olan Çesli Krist Nyu-Yorkun mərkəzində özünü binadan ataraq intihar edib.
Redaktor.az xəbər verir ki, qadının meyiti evinin yanında küçədə aşkarlanıb.
Qeyd edək ki, Şimali Karolinadan "Miss USA 2019" seçilən Çesli sonuncu dəfə yaşadığı binanın 29-cu mərtəbəsində görünüb.
Ölümündən bir neçə saat əvvəl o, İnstaqramda “Bu gün sizə sülh və əmin-amanlıq gətirsin” başlığı ilə şəklini yerləşdirib.
Məlumata görə, Çesli Krist intihar məktubunda bütün əmlakının anasına təhvil verilməsini istədiyini qeyd edib. Məktubda qızın hərəkətinin motivləri göstərilməyib.
Faktlar bağlı araşdırma aparılır.












