Rusiyada 230 məktəb koronavirusa görə bağlandı
Rusiyanın 41 bölgəsində 230 məktəb koronavirusa görə distant təhsilə keçib.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin maarif naziri Sergey Kravsov bildirib.
Onun sözlərinə görə, COVID-19-la bağlı karantinə alınan məktəblərdə Rusiyadakı ümumi şagirdlərin 8,69 faizi oxuyur.
Nazir deyib ki, Rusiyada bütün məktəblərin distant təhsilə keçməsi planlaşdırılmasa da, bölgələr epidemioloji şəraitə uyğun qərar qəbul edə bilər.












