Şimali Koreya raketdən çəkilmiş fotonu yayımladı
Rəsmi Pxenyan "Hvasonq-12" orta mənzilli ballistik raketini sınaqdan keçirdiyini bu gün təsdiqləyib.
Redaktor.az "BBC"ə istinadən xəbər verir ki, sınaq zamanı "Hvasonq-12" raketindən çəkilmiş şəkillər paylaşılıb.
Şəkildə Koreya yarımadası və ətrafının kosmosdan aydın görüntüsü əks olunub.
Qeyd edək ki, raketin son 5 ildə sınaqdan keçirilənlər içində ən güclüsü olduğu bildirilir.
Sübhan Şərif












