"Bu, Londondan çox narahatedici açıqlamadır" - Peskov
London Avropada gərginliyi artırır.
Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Nə qədər ki, avropalılar bu barədə düşünməyiblər, çətin ki, nəyisə dəyişmək mümkün olsun”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov sözlərinə görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rusiyalı oliqarxların əmlakının müsadirə olunmasının mümkünlüyü barədə bəyanatı çox narahatedicidir:
"Bu, Londondan çox narahatedici açıqlamadır. Düşünürəm ki, onlar təkcə bizi deyil, şirkətlərimizi də narahat edir".












