"Fikir ayrılıqları olub, var və olacaq" - NATO baş katibi

 22:57 31.01.2022     291

NATO müttəfiqləri arasında fikir ayrılıqları var.

Redaktor.az xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq bu gün  "The Washington Post"-un təşkil etdiyi onlayn müzakirə zamanı etiraf edib.

Bununla belə, onun sözlərinə görə, alyans üzvləri birlik nümayiş etdirirlər.

"NATO Atlantikanın hər iki tərəfində yerləşən 30 dövləti birləşdirən ittifaqıdır. Əlbəttə, bir çox məsələlərdə fikir ayrılıqları var. NATO yaranandan belə olub, 1956-cı ildə Süveyş böhranı zamanı, ya da 1960-cı illərdə Fransanın alyansı tərk etmək istəyəndə, yaxud 2003-cü il müharibəsi zamanı (ABŞ-ın İraqdakı əməliyyatları - red.). Ona görə də fikir ayrılıqları olub, var və olacaq. Lakin NATO-nun gücü birlikdədir. Biz hər zaman eyni məqsədlərimiz ətrafında birləşməyi bacarmışıq", - deyə Stoltenberq vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən