Beşinci dalğa 4 ay davam edəcək - Virusoloq

 23:39 31.01.2022     263

Rusiyada "Omikron"un gücləndirdiyi 5-ci dalğa bir qədər uzun, 4 ay davam edəcək.

Redaktor.az xəbər verir ki, bunu virusoloq Sergey Netesov deyib.

"Gərək bir qədər pis ssenariyə hazır olaq. Ölkədə əhalinin kollektiv immuniteti çox aşağıdır- 65%. Ona görə yoluxma uzun çəkəcək".

Digər virusoloq Petr Çumakov isə hesab edir ki, fevralın 15-dən sonra "Omikron" dalğası enməyə doğru gedəcək.

"Bu dalğa çox iti, kəskindir. Birdən sürətlə qalxır, birdən də tez enir".

Vumart və Güvən reklamı Vumart Güvən