Gürcüstanın Baş naziri koronavirusa yoluxdu

 23:55 31.01.2022     280

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştamına yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.

Xatırladaq ki, İ.Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, virus əleyhinə tam peyvənd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən