Putin Makrondan təhlükəsizlik zəmanəti istədi

 04:02 01.02.2022     275

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Ukrayna ətrafında vəziyyət və Rusiya Federasiyasına uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi davam etdirilib. Vladimir Putin bu problemlərə fundamental yanaşmaları bir daha ətraflı şəkildə qeyd edib", - xəbərdə deyilir.

Bundan əlavə, liderlər telefon danışığında gələcək təmaslar, habelə mümkün şəxsi görüşün öyrənilməsi barədə razılığa gəliblər.

Vumart və Güvən reklamı Vumart Güvən