Bayden Zelenski ilə telefon söhbətindən danışdı

 05:04 01.02.2022     329

“Prezident Zelenski ilə məhsuldar söhbətimiz oldu və biz diplomatik əlaqələri mütəmadi davam etdiririk”.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Co Bayden Ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbəti barədə danışarkən bildirib.

Qeyd edək ki, prezidentlərin telefon danışığı ötən həftə baş tutub. Ukrayna Prezidenti V.Zelenski də bildirib ki, ABŞ Prezidenti C.Baydenlə telefonla diplomatik gərginliyin azaldılması səyləri və birgə tədbirlər, habelə Ukraynaya maliyyə dəstəyi imkanlarını müzakirə edib. Onun sözlərinə görə, dövlət başçıları gərginliyin azaldılması üçün davam edən diplomatik səyləri müzakirə ediblər və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəliblər.

Vumart və Güvən reklamı Vumart Güvən