Kanadanın Baş naziri də yoluxdu

 07:11 01.02.2022     289

Kanadanın Baş naziri Kastin Trüdo koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir özünün tvitter hesabında yazıb.

O, özünü yaxşı hiss etdiyini və məsafədən işləyəcəyini qeyd edib: “Özümü yaxşı hiss edirəm və müvafiq qaydalara riayət etməklə bu həftə məsafədən işləməyə davam edəcəyəm”.

Eyni zamanda, Trüdo hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl Trüdo COVID-19- yoluxmuş şəxslə təmasda olduqdan sonra beşgünlük karantinə çıxmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən