Qazaxıstan parlamentinin aşağı palatasının yeni sədri seçildi
Yerlan Koşanov Qazaxıstan parlamenti Məclisinin (aşağı palatasının) yeni sədri seçilib.
Redaktor.az xəbər verir ki, Qazaxıstan parlamenti Məclisinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu gün Məclisin növbədənkənar iclası keçirilib. Deputatlar yekdilliklə Yerlan Koşanovun Qazaxıstan parlamenti Məclisinin yeni spikerin seçilməsini dəstəkləyiblər. Yerlan Koşanov Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilərək Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı kimi qeydə alınıb.
Xatırladaq ki, Qazaxıstan parlamentinin (aşağı palata) sədri Nurlan Niqmatulin bu gün istefa verib.












