ABŞ diplomatlarınn ailələrini Belarusdan çıxarır
Amerikalı diplomatların ailələrinə Belarusu tərk etmək tövsiyə olunub. Buna səbəb kimi Rusiya qoşunlarının Ukrayna ətrafında cəmləşməsi göstərilib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.
“Rusiyanın Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici hərbi fəaliyyətinin artması səbəbindən Belarusda olan və ya oraya səyahət etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və bölgədə gərginliyin artdığını bilməlidirlər”, - məlumatda vurğulanıb.
Eyni zamanda amerikalılara nümayişlərdən uzaq durmaq tövsiyə olunub.
Qeyd edək ki, Qərb Ukraynaya mümkün hücum zamanı Rusiyanın Belarusu da proseslərə cəlb etməsindən narahatdır.












