Simonyan Prezident səlahiyyətlərinin icrasına başladı
Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident səlahiyətlərinin icrasına başlayıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, Konstitusiyaya uyğun olaraq, yeni Prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərini icra edəcək.
Spiker səlahiyyətlərini isə vitse-spiker Akop Arşakyan icra edəcək.
Qeyd edək ki, Ermənistan parlamenti bu gün Prezident Armen Sarkisyanın istefasını təsdiqləyib.












