Putin İtaliyanın Baş naziri ilə Ukraynanı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə İtaliyanın Baş naziri Mario Draqi Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Lidelər Ukraynada vəziyyətin davamlı və uzunmüddətli həllinə sadiqliyini və etimad mühitinin bərpa edilməsinin zəruriliyini vurğulayıblar.
Bildirilib ki, Putin və Draqi Rusiyanın təhlükəsizliyinin təminatına dair təklifləri də müzakirə ediblər.












