Rusiya-Ukrayna sərhədində son vəziyyət
Ukrayna kəşfiyyatında Rusiyanın müvəqqəti işğal olunmuş Donbass ərazisində silahlı birləşmələri yenidən qruplaşdırdığına dair sübutlar olduğu bildirilib. Rusiya, qoşunlarının, bir hissəsini Ukrayna sərhədindən daimi dislokasiya yerlərinə çıxardığını bildirir. Ukrayna isə inanmır və yalnız düşmənin yenidən qruplaşmasından danışır.
Redaktor.az bu barədə “Daily news”a istinadən xəbər verir.
Əslində sərhədlərdə nə baş verir?
Yanvarın 29-da Rusiyanın Ukrayna ilə həmsərhəd olan bir sıra bölgələrini (o cümlədən Voronej və Kursk vilayətlərini) əhatə edən Qərb Hərbi Dairəsi (QHD) birləşmələrin və hərbi hissələrin döyüş hazırlığının planlı yoxlanışının başa çatdığını elan etdi. Bu bəyanatda həmçinin “rabitə briqadalarından, mühəndis bölmələri və radiasiya, kimyəvi və bioloji mühafizə dəstələrindən olan hissələrin” daimi dislokasiya yerlərinə qayıtmasından da bəhs edilib. "Yoxlamada iştirak edən təyyarələr də öz baza aerodromlarına qayıdıblar", - QHD bildirib.
Oradakı auditin məqsədi bölmələrin təyinatı üzrə tapşırıqları yerinə yetirməyə hazırlığının qiymətləndirilməsi adlanır. Ötən ilin sonundan bütün dünyanı çaşqınlıqda saxlayan Rusiyanın mümkün işğal təhlükəsi fonunda sosial şəbəkələrdə və bəzi KİV-lərdə paylaşılan məlumatlara əsasən Rusiya qoşunlarının sərhəddən çıxarılması halı ilkin əlamət kimi göstərilir. Bununla belə, bir neçə Qərb hərbi eksperti dərhal qoşunların genişmiqyaslı çıxarılmasının real əlamətlərinin olmamasına işarə edərək, Rusiya ordusunun döyüş hazırlığının yüksəldildiyini vurğulayaraq, bu cür təxminlərə inanmamağa çağırıb.
“Conflict Intelligence Team” analitik qrupunun eksperti Kirill Mixaylov əmindir ki, Rusiya Federasiyasının Qərb Hərbi Dairəsində başa çatması elan edilən qoşunların döyüş hazırlığının planlı yoxlanışının təsdiqlə heç bir əlaqəsi yoxdur. Sərhəd yaxınlığında qüvvələrin yığılması davam edir.
Amerikanın CNA analitik şirkətinin Rusiya silahlı qüvvələri üzrə eksperti, dünya mediasının mövzu ilə bağlı şərh almaq üçün müraciət etdiyi əsas analitiklərdən biri olan Maykl Kofman da belə deyir: ``Rusiya Federasiyası Müdafiə Nazirliyinin döyüş hazırlığının planlı yoxlanışının başa çatması ilə bağlı mesajı müsbət göstərici deyil.``
Kofman yazır: "Tam tərsinə. Onlar planlı yoxlamaları və təlimləri tamamlayır, şəxsi heyəti daha yüksək hazırlıq səviyyəsinə gətirirlər. Qarşıda yerləşdirilən bölmələrin geri çəkilməsi halı görünmür.``
Ukraynanın Baş Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyindən isə bildirilib ki, “Xüsusən, düşmən 1-ci (Donetsk) və 2-ci (Luqansk) ordu korpuslarının qabaqcıl hissələrinin planlı rotasiyasını ələ keçirib, onları snayper cütləri və tank əleyhinə raket komplekslərinin ekipajları ilə gücləndirərək, birləşmiş qüvəllərin şəxsi heyətinə cavab atəşi açıb”.
Zeynəb Əlizadə












