CNN-in prezidenti istefa verdi
CNN teleşirkətinin prezidenti Ceff Suker vəzifəsindən istefa verdiyini elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə telekenalın rəsmi saytında məlumat dərc olunub.
“O, istefasını həmkarı ilə “qarşılıqlı razılaşma əsasında” yaranmış münasibətlər faktını vaxtında rəhbərliyə açıqlamaması ilə izah edib. Bu məlumat keçmiş CNN aparıcısı Kris Kuomoya qarşı aparılan araşdırma zamanı üzə çıxıb.
“Münasibətlər başlayanda məndən bunu anlatmağı tələb edirdilər, amma demədim. Səhv etmişəm”, - C.Suker şirkət əməkdaşlarına müraciətində vurğulayıb.












