Macarıstan xarici işlər naziri Azərbaycandadır

 22:48 02.02.2022     275

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN başçısı feysbukda bildirib.

“İndi Xarici İşlər Naziri ilə şam yeməyinə gedəcəyəm, sabah Qarışıq İqtisadi Komitə, biznes forumu və enerji danışıqlarında iştirak edəcəyəm”, - o qeyd edib.  

Qeyd edək ki, səfər çərçivəsində Peter Siyarto Azərbaycan-Macarıstan biznes forumunda iştirak edəcək.

O, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Vumart və Güvən reklamı Vumart Güvən