ABŞ Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq üçün danışıqlar aparır

 23:15 02.02.2022     564

“ABŞ Avropanın qaz tədarükündə Rusiyanı əvəz edəcək tərəflərlə danışıqlar aparır”.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki söyləyib.

Ağ Evin sözçüsü bu barədə ətraflı məlumat verməyib.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Avropa İttifaqının Rusiyaya alternativ olaraq ABŞ, Qətər və Azərbaycanla qaz tədarükü məsələsi ilə bağlı danışıqlar apardığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən