Xadimə nazir müavini təyin edildi

 01:21 03.02.2022     595

2021-ci ilin dekabrında seçilən Çili prezidenti Qabriel Boriç gələcək nazir müavinlərini təyin edib. 

Redaktor.az xəbər verir ki, bu haqda o, Twitter-də yazıb.

Bildirib ki, təyin olunanlardan biri 15 illik iş təcrübəsi olan xadimədir. Luz Vidal Uirikeo qadın işləri və gender ədaləti üzrə nazirlikdə nazir müavini vəzifəsini icra edəcək.

Tərcümeyi-halında deyilir ki, o, Çilinin paytaxt regionunda 15 il müxtəlif ailələrdə xadimə olub. Rosbalt belə qeyd edib.

Qadının təyinatı əvvəllər rəhbərlik etdiyi xadimələrin həmkarlar ittifaqı tərəfindən də müsbət qarşılanıb.

Vumart və Güvən reklamı Vumart Güvən