Əbu-Dabidə mülki obyektləri hədəf alan daha üç PUA məhv edildi

 08:52 03.02.2022     256

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi Əbu-Dabidə mülki obyektləri hədəf alan daha üç PUA-nın məhv edildiyi barədə məlumat yayıb.

Redaktor.az rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, BƏƏ hava hücumundan müdafiə qüvvələrinin məhv etdiyi dronların qalıqları qeyri-yaşayış sahəsinə düşüb və hər hansı tələfat və dağıntı yoxdur. PUA-ların hansı ərazidən və kimlər tərəfindən buraxıldığı barədə məlumat verilməyib.

Yəməndəki husi qiyamçıların BƏƏ ərazisinə raket və dron hücumlarının davam edəcəyi təhdidindən sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin Əbu-Dabi sahillərinə hərbi gəmi və ballistik raketlər əleyhinə yer-səma raket sisteminin göndərilməsi barədə təlimat verib. Pentaqonun bu addımı, həmçinin BƏƏ ərazisindəki ABŞ hərbi personalının qorunması məqsədi daşıyır.

Vumart və Güvən reklamı Vumart Güvən