Putin fevralın ikinci yarısında Türkiyəyə səfər edəcək
Rusiya Prezidenti Vladimir Putin fevral ayının ikinci yarısında Türkiyəyə səfər edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “A Haber” telenakalı məlumat yayıb.
Telekanalın məlumatında deyilir ki, Pekin Olimpiadasının açılışından sonra tarixi dəqiqləşəcək səfər fevralın ikinci yarısına təsadüf edəcək.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidentinin Pekin Olimpiadasının açılışında iştirak etdikdən sonra Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə epidemioloji vəziyyət və qrafiki imkan verdikdə V.Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifindən yararlanaraq, bu ölkəyə səfər edəcəyini bildirib.












