İsrail ordusu İrana hücumla bağlı gizli təlim keçirdi

 12:35 03.02.2022     343

İsrail ordusu amerikalı hərbçinin müşahidəsi ilə onlarla təyyarədən İrana hücumun gizli təlimini keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. 

Bildirilib ki, təlimdə İranın uzun mənzilli silah sistemlərinə zərbə simulasiya edilib.

Təxminən, iki həftə əvvəl reallaşdırıldığı söylənən təlimdə uçuş zamanı yanacaq doldurma məşqləri, qurudan-havaya raket sistemləri ilə mübarizə kimi müxtəlif ssenarilər də canlandırılıb.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən