Ərdoğanla Zelenskinin görüşü başladı

 15:32 03.02.2022     316

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.

Redaktor.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının önündə R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb.

Türkiyə Prezidenti fəxri qaravul dəstəsinin önündən keçib.

Daha sonra V.Zelenski ilə R.T.Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı razılığın əldə olunacağı gözlənilir. Bundan başqa, Türkiyə və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

Eyni zamanda görüşlərdə Rusiya-Ukrayna gərginliyi əsas müzakirə mövzusu olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən