"Rusiya Ukraynanın işğalına bəhanə tapa bilər" - Con Kirbi
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Rusiyanın Ukraynanı işğal edə biləcəyi haqqında məlumatlara sahibdir.
Redaktor.az xəbər verir ki,bu barədə Pentaqonun sözçüsü Con Kirbi deyib.
“Rusiya Federasiyası işğal üçün bəhanə tapa bilər”,- deyə o, bildirib.
Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddiaları şərh edərkən, bildirib ki, bu, ABŞ-ın ilk belə açıqlaması deyil.












