"Rusiya iqtisadi baxımdan daha asılı vəziyyətə düşəcək"
“Rusiya Çinlə daha yaxın əlaqələr qurmaqla sanksiyaların nəticələrini kompensasiya etmək və ya yumşalda biləcəyini düşünürsə, bu belə deyil".
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin sözcüsü Ned Prays öz açıqlamasında bildirib.
"Əslində bu, Rusiya iqtisadiyyatını bir çox cəhətdən daha kövrək edəcək. Məsələn, əsas texnologiyalar Qərbdən gəlir. Onlar öz məhsuldarlıq imkanlarını və innovativ potensialını əhəmiyyətli dərəcədə azaldaraq, Qərbdən – Avropadan, ABŞ-dan idxal imkanlarından özlərini məhrum edirlər” - o, deyib.
Bundan əlavə, Ned Prays vurğulayıb ki, sanksiyaların nəticələrini kompensasiya etmək üçün Rusiyanın Çinlə daha da yaxınlaşması Rusiya iqtisadiyyatını asılı vəziyyətə salacaq.
Sübhan Şərif












