NATO-nun baş katibi Norveç Mərkəzi Bankının rəhbəri təyin edildi
Norveç hökuməti NATO-nun hazırkı baş katibi Yens Stoltenberqi alyansın rəhbəri vəzifəsini tərk etdikdən sonra Mərkəzi Bankın rəhbəri təyin etmək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə krallıq hökumətinin bəyanatında deyilir.
"Baş katib Yens Stoltenberq 6 il müddətinə Mərkəzi Bankın rəhbəri vəzifəsinə təyin edilib. O, Maliyyə Nazirliyinin müəyyən etdiyi tarixdən vəzifəsinin icrasına başlayacaq",- məlumatda deyilir.
Maliyyə Nazirliyi bu vəzifəyə ən uyğun namizədin Stoltenberq olduğunu hiss edib.












