"İŞİD liderinin öldürülməsi üçün məlumatları biz verdik" - İraqlı general
"Əl-Qureyşi ləqəbli Əmir Məhəmməd Səid adlı terrorçunun öldürülməsi İraq Milli Kəşfiyyat İdarəsinin beynəlxalq koalisiyaya onun yeri barədə dəqiq məlumatı verməsindən sonra həyata keçirilib".
Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri İraq Silahlı Qüvvələrinin sözcüsü general-mayor Yəhya Rəsul deyib.
Məsələ ilə bağlı əlavə detallar bildirilməyib.
Qeyd edək ki, Əl-Qureyşi İŞİD terror təşkilatının lideridir. Ötən gün ABŞ Prezidenti Co Bayden İŞİD liderinin öldürüldüyünü açıqlayıb.
Sübhan Şərif












