“Facebook”un aktiv istifadəçi sayı kəskin AZALDI

 03:41 05.02.2022     523

Sosial media nəhəngi “Facebook”un gündəlik aktiv istifadəçilərinin sayı 18 illik tarixində ilk dəfə azalıb.

Redaktor.az xəbər verir ki,  “Facebook”un ana şirkəti olan “Meta”, 2021-ci ilin dekabrına qədər son üç ayda gündəlik aktiv istifadəçilərin sayının 1 milyard 929 milyona düşdüyünü açıqlayıb.

Bu rəqəm əvvəlki ilin eyni rübündə 1 milyard 930 milyon idi.

“Meta”nın rəhbəri Mark Zukerberq bildirib ki, azalmanın səbəbi xüsusilə gənc istifadəçilərin rəqabət aparan platformalara üz tutmasıdır.

Vumart və Güvən reklamı Vumart Güvən