İran XİN-dən ABŞ-ın yuşalma qərarına reaksiya
İran ABŞ prezidenti Co Baydenin hökumətinin İrana qarşı bəzi sanksiyaların yumşaldılması ilə bağlı atdığı addımı dəyərləndirib.
Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ hökumətinin bu addımının kifayət etmədiyini deyib.
"Təbiidir ki İslam Respublikası gözləyir ki ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planının tələblərinə uyğun sanksiyaların ləğvi ilə bağlı öhdəliyini yerinə yetirsin. Bu gün ABŞ-ın verdiyi qərar nüvə sahəsinə tətbiq olunan sanksiyaların yumşaldılması ilə bağlıdır. Hamı bilir ki bu kifayət deyil.",- S.Xətibzadə bildirib.
İran XİN sözçüsü onu da əlzavə edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliklərinə dair atılmış hər bir addım rəsmi Tehran tərəfindən diqqətdə saxlanılacaq.












