Səhiyyə nazirindən Ərdoğan və xanımının səhhəti ilə bağlı AÇIQLAMA
Koronavirusun "omikron" ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın vəziyyəti yaxşıdır.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün tvitter hesabında yazıb.
O, bildirib ki, xəstəlik onların işinə mane olmur.
Qeyd edək ki, daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun "omikron" ştamına yoluxublar.
Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.













