Zelenski koronavirusa yoluxan Ərdoğana türk dilində şəfa arzuladı - FOTO

 21:49 05.02.2022     476

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusun "Omikron" ştamına yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşına şəfa arzulayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün tvitter hesabında türk dilində yazıb.

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və həyat yoldaşı hörmətli Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxdığını həyat yoldaşım Yelena ilə məyusluqla öyrəndik. Dostlarımız Tayyib bəy və Əminə xanıma keçmiş olsun diləklərimizi çatdırır, şəfa arzulayırıq”, -  deyə V.Zelesnki bildirib.

2
Vumart və Güvən reklamı Vumart Güvən