“Hakimiyyətdən gedəcəm”  - Lukaşenko

 22:40 05.02.2022     445

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən hansı halda gedəcəyini ilə bağlı danışıb.

Redaktor.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, ölkə ətrafında çətin vəziyyət yarandıqca ölkəyə rəhbərlik edəcəyini deyib.

Bildirib ki, ölkədə sakitlik olanda o, gedəcək: “Müharibə və ya 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyət kimi vaxtda həmişə rəhbər olacağam”

Qeyd edək ki, 9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib. Ertəsi gün ölkənin Mərkəzi Seçki Komissiyası 80,10% səslə Lukaşenkonun qələbəsini elan edib. Nəticədən narazı olanlar ölkədə kütləvi etiraz aksiyaları keçirib.

Vumart və Güvən reklamı Vumart Güvən