“Müharibə olsa Ukrayna 3-4 gün davam gətirəcək”

 23:57 05.02.2022     639

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna onun ölkəsi ilə heç vaxt müharibə etməyəcək. Əgər bu baş versə müharibə üç-dörd gün davam edəcək.

Redaktor.az xəbər verir ki, Belarus lideri belə bir bəyanatla jurnalist Vladimir Solovyova müsahibəsində çıxış edib.

"Ukrayna heç vaxt bizimlə vuruşmayacaq. Bu müharibə maksimum üç-dörd gün davam edəcək. Orada bizə qarşı döyüşəcək heç kim olmayacaq" - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Ordusunun hazırlığı aşağı səviyyədədir.

Vumart və Güvən reklamı Vumart Güvən