Səfirliyin tualetində gizli kamera tapıldı

 02:31 06.02.2022     404

Avstraliyanın Tailanddakı səfirliyinin qadınlar üçün nəzərdə tutulan ayaqyolunda gizli kamera tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə 2 ölkə arasında ciddi narazılığa səbəb olub. Çünki kameranı səfirliyin tailandlı işçisinin yerləşdirdiyi üzə çıxıb.

Tailand polisi hadisəni törətməkdə şübhəli bilinən şəxsi həbs etsə də, məsələ ilə bağlı geniş məlumat verilmir. 

Avstraliyalı ekspertlərin qənaətinə görə, bu fakt diplomatik nümayəndəliyin etibarlı mühafizə olunmadığını göstərir. 

Kamera sırf təsadüf nəticəsində, binanın koridorunda tapılan yaddaş kartının analiz edilməsindən sonra üzə çıxıb. 

Vumart və Güvən reklamı Vumart Güvən