Ərdoğanın paylaşımına təhqiramiz şərh yazanlardan biri saxlanıldı

 15:37 06.02.2022     393

İstanbul prokurorluğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhqir edilməsi ilə bağlı müvafiq maddə üzrə cinayət işi açıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, artıq Ankarada azı bir şübhəlinin saxlanıldığı məlumdur.

Qeyd edək ki, Türkiyə qanunvericiliyənə görə, dövlət başçısını təhqir edən şəxslər üç ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bəzi şəxslər sosial şəbəkədə Ərdoğanın “omikron”a yoluxduğunu bildirdiyi paylaşımının altında təhqiramiz şərhlər yazıblar.

Vumart və Güvən reklamı Vumart Güvən