Antalyada xizək mərkəzində çardaq uçdu

 20:13 06.02.2022     346

Antalyanın “Saklıkent” xizək mərkəzində güclü qar yağması nəticəsində turizm obyektlərindən birinin çardağı uçub. Nəticədə 8 nəfər xəsarət alıb.

Redaktor.az Anapdolu agentliyinə istinadən xəbər verir ki, jandarma, obyektin işçiləri və turistlər xəsarət alanları dağıntılar və qar altından çıxarıblar.

Xizək mərkəzinə Fövqəladə Halların Qarşısının Alınması və Yardım İdarəsinin (AFAD) qrupları və tibb işçiləri də gəlib.

Yaralılar helikopterlə Akdeniz Universiteti Xəstəxanasına aparılıb.

“Saklıkent” xizək mərkəzi Antalya vilayətinin Konyaaltı bölgəsində Beydağları dağ silsiləsində yerləşir.

Vumart və Güvən reklamı Vumart Güvən